Volodimir Zelenski: 2023-cü ildə qələbənin olmasını çox istəyirəmbackend

Volodimir Zelenski: 2023-cü ildə qələbənin olmasını çox istəyirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ukraynalıların və beynəlxalq tərəfdaşların bir yerdə olması və vədlərinə əməl edəcəyi təqdirdə qələbənin olacağını labüd sayır.

Editor.az bildirir ki, bu barədə Vloloimir Zelenski fevralın 24-də keçirdiyi mətbuat konfransında deyib. O, “Mən qələbənin artıq 2023-cü ildə olmasını çox istəyirəm. Düşünürəm ki, hər birimiz – həm tərəfdaşlarımız, həm də daxildə özümüz güclü yumruq ola bilsək və əgər tərəfdaşlarımız bizim qələbəmiz naminə birləşsələr, verdikləri bütün sözlərə əməl etsələr və bu, sadəcə “bəh-bəh”dən ibarət olmayacaqsa, mən bu qələbəyə inanıram”, – deyib.

  //Samir Qurbanov, Editor.az