Volodimir Zelenski NATO sammitinə dəvət haqqında: mən bu siyasi teatrda iştirak etmək istəmirəmbackend

Volodimir Zelenski NATO sammitinə dəvət haqqında: mən bu siyasi teatrda iştirak etmək istəmirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 11-12-də Vilnüsdə (Litva) NATO-nun sammiti Ukrayna üçün təhlükəsizlik təminatlarına dair sənədin imzalanması üçün yaxşı platformadır.

Editor.az bildirir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 6-da jurnalistlərlə görüşündə deyib. “Lakin əgər zəmanətimiz yoxdursa, Alyansa üzvlüklə bağlı siqnallar yoxdursa, o zaman bizim orada nə işimiz var? Bizi bu sammitə niyə dəvət edirlər?”, – Zelenski bildirib.

O qeyd edib ki, Ukraynanın kağız üzərində təhlükəsizlik zəmanəti almadığı halda, görüşün mənası yoxdur. “NATO sammiti cəmiyyətimizə aydın siqnaldır ki və biz özümüzü orada görürəm. Lakin mən bu siyasi teatrda iştirak etmək istəmirəm. İstəyirəm ki, xalqımız çətinliyin nə olacağını bilsin”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Vilnüs sammitindən “NATO istiqamətində irəliyə doğru hər hansı bir addım olmalıdır, səmimiyyətə doğru addım”, – deyə prezident əlavə edib. “Jurnalistlərin “əgər tərəfdaşlar sammitdə zəmanət verməsələr, Ukraynanın hər hansı planı varmı? sualına, Zelenski “Bizə ən güclü təminat veriləcək… Əminəm”, – şəklində cavab verib.

  //Samir Qurbanov,Editor.az