Xaçmazda qazi intihara cəhd edib – FOTObackend

Xaçmazda qazi intihara cəhd edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda qazi intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib.

İlkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir.