Xankəndidə “CASUS OYUNU” – L.G. kimdir? – FOTObackend

Xankəndidə “CASUS OYUNU” – L.G. kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda separatçı-terrorçu rejim erməni hərbçini casusluq ittihamı ilə həbs edib.

Editor.az publika.az-a istinadən xəbər verir ki, L.G. olaraq təqdim edilən erməni hərbçinin 2021-ci ilin yanvar ayında sosial şəbəkələr üzərindən “xarici kəşfiyyat xidmətlərinə” hərbi xarakterli məlumatlar ötürdüyü iddia olunur.

İddiaya görə, L.G. hər məlumat qarşılığında 150 dollar ödəniş alıb. May ayına qədər davam edən əməkdaşlıq nəticəsində erməni hərbçinin 1400 dollar qazandığı deyilir.

Separatçılar “xarici kəşfiyyat xidməti” olaraq Azərbaycanı nəzərdə tutur və istisna deyil ki, fotosunu yaydıqları və L.G. adı ilə təqdim etdikləri “casus”, ümumiyyətlə, mövcud deyil.

Bəllidir ki, separatçı-terrorçu rejimin “casus oyunu” Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya olunmasının qarşısını almağa hesablanıb. Bununla erməni əhalisinə “Azərbaycan haqda istənilən loyal mövqe cəzalandırılacaq” görkünü vermək istəyirlər.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!