“Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” videoçarxları təqdim edilib – VİDEObackend

“Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” videoçarxları təqdim edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” mövzusunda videoçarxlar hazırlanıb.

Bu barədə Editor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Xocalı hadisələrindən dərhal sonra azərbaycanlı rəssam Rafiq Əziz Xocalıdan olan uşaqları emalatxanasına dəvət edib və onlardan bu faciəni necə gördüklərini təsvir etməyi rica edib. Hazırda həmin əl işləri rəssamın Türkiyədəki emalatxanasında saxlanılır.

Dövlət Komitəsi rəssamın razılığı ilə həmin rəsmlərdən videoçarxlarda istifadə edib.