Xodorkovski: “Putin müharibəyə başlayıb, sonu onun ölümü olacaq” – VİDEObackend

Xodorkovski: “Putin müharibəyə başlayıb, sonu onun ölümü olacaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin müharibəyə başlayıb, sonu onun ölümü ilə nəticələnəcək”.

Bunu rusiyalı iş adamı Mixail Xodorkovski deyib. O, Rusiya Federasiyası Prezidentinin səhvlərindən danışıb.

Xodorkovski deyib ki, Putin müharibəyə başlayıb, sonu onun ölümü olacaq.

“Bu artıq aydındır. Bu müharibəni fasilələrlə, atəşkəslərlə aparmaq olar, ancaq Putinin ölümü ilə bitəcək”, – Xodorkovski bildirib.

Biznesmenin sözlərinə görə, Putin üçün fürsət dəhlizi getdikcə bağlanır, çünki o, müharibə davam edərkən rusların vəziyyətini başa düşmür.

“Putin Qərbi məğlub edə bilməz, o, Qərbi məğlub etmək iqtidarında deyil. İqtisadiyyatla bağlı problemi həll etmək iqtidarında deyil, ona görə də daima düşmən tapacaq və daim onlarla vuruşmalı olacaq. Və düşmənlər, bu, artıq başa düşülən bir milyarddan çox insanın bir cəmiyyətidir. Və bu milyard insan təəssüf ki, Vladimir Putini əzəcək”, – rusiyalı iş adamı bildirib.

KONKRET.az