Yaponiya G7 sammitində “nüvə silahı olmayan dünya” mesajını verəcəkbackend

Yaponiya G7 sammitində “nüvə silahı olmayan dünya” mesajını verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada əsas diqqət 19-21 may tarixlərində ölkənin cənub-qərbində, Xirosimada müddətli sədrlik dövründə keçiriləcək G7 Zirvəsinə çevrilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Yaponiyanın Baş naziri Fumio Kişida G7 Zirvəsi öncəsi mətbuata son vəziyyəti dəyərləndirib.

G7-nin nüvə silahı olmayan bir dünya üçün güclü mesaj verəcəyini ifadə edən Kişida, bu istiqamətdə daha konkret səylərlə irəliləyəcəklərini bildirib. Çinin Sakit okeandakı təsiri və Rusiyanın Ukraynaya hücumunu xatırladan baş nazir onu da bildirib ki, G7 status-kvonu zorla dəyişdirmək cəhdlərinə qarşı sərt mesaj verəcək. O qeyd edib ki, enerji və ərzaq təhlükəsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər bir çox məsələlərin müzakirə olunacağı sammitdə bütün dünyanın əməkdaşlığı vurğulanmalıdır.

Sammitə G7 ölkələrindən başqa, Avstraliya, Braziliya, Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnam da qonaq qismində dəvət olunub.

//Safura Bənnayeva, Editor.az