Zelenski: ” Baxmutu müdafiə etməyə davam edəcəyik”backend

Zelenski: ” Baxmutu müdafiə etməyə davam edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk və Luqansk vilayətləri arasında yerləşən və strateji nöqtə sayılan Baxmut şəhəri ilə bağlı açıqlama verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenski hələ də şiddətli münaqişələrin davam etdiyini vurğulayıb.

“Bu gün Baş Qərargahın iclasında birbaşa olaraq həm Xortitsiyanın komandiri general Sırskidən, həm də Ali Baş Komandan Zalujnıdan fikirlərini soruşdum. Baxmutdan geri çəkilmək, yoxsa münaqişəni davam etdirmək? Hər iki general da geri çəkilmədən mübarizəni davam etdirməyi seçdilər. Bunu səs çoxluğu ilə qəbul etdik. Əks fikir ifadə edən olmadı”.

Zelenski eyni zamanda, çıxışında Ukraynanın heç bir ərazisinin tərk edilmədiyini də diqqətə çatdırıb:

“Ukraynanın tərk edildiyi deyilən heç bir hissəsi yoxdur. Elə bir Ukrayna səngəri yoxdur ki, orada döyüşçülərimizin dözümlülüyü və qəhrəmanlığı diqqətdən kənarda qalsın. Biz işğalçını hər yerdə məhv edirik. Zamanı gələndə ölkəmizin hər bir şəhərini, kəndini azad edəcəyik”.

//Safura Bənnayeva, Editor.az