Zelenski: “Biz qələbə üçün gücümüzü birləşdirəcəyik”backend

Zelenski: “Biz qələbə üçün gücümüzü birləşdirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski paylaşdığı ənənəvi videomüraciətində Rusiya-Ukrayna müharibəsində son zamanlar olduğu kimi ən şiddətli toqquşmaların Donbas bölgəsində də davam etdiyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, o, Rusiya hücumlarına qarşı kəskin mübarizə apardıqlarını qeyd edib.

“Əsas əməliyyat bölgələrində, xüsusilə Donbasda şiddətli toqquşmalar gedir. Donbas üçün, Cənub üçün müharibə davam edir. Biz Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik”,-deyə Ukrayna Prezidenti bildirib. O, Rusiyanın ölkəsində başladığı müharibənin 335-ci gününün, yəni 11-ci ayının yanvarın 24-də başa çatacağını da xatırladıb: “Biz bütün gücümüzü bir şey üçün, qələbə üçün, Ukraynanın qələbəsi üçün birləşdirəcəyik”.

//Safura Bənnayeva, Editor.az