Zelenski: “Sizin pulunuz ianə deyil, investisiyadır “backend

Zelenski: “Sizin pulunuz ianə deyil, investisiyadır “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı ABŞ Konqresində çıxış edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Respublikaçılar və Demokratlar, ABŞ-ın vitse-prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sədrliyi ilə keçirilən iclasda Zelenski uzun sürən alqışlarla qarşılanıb. Çıxışında gələn ilin ABŞ və Ukrayna üçün dönüş nöqtəsi olacağını deyən Zelenski Ukraynanın cəsarəti və ABŞ-ın qətiyyətinə diqqət çəkib.

“Bütün çətinliklərə və bədbinliyə baxmayaraq, Ukrayna yıxılmadı. Ukrayna yaşayır və müqavimət göstərir”,-deyə o, bildirib.

Zelenski ABŞ-ın ölkəsinə etdiyi milyardlarla dollarlıq hərbi və iqtisadi yardımı Ukraynanın Rusiyaya qarşı müqavimətində əhəmiyyətli olduğunu qeyd edərək, daha çox yardım istəyib. Zelenski “Sizin pulunuz ianə deyil. Bu, qlobal təhlükəsizlik və demokratiyaya qoyulan sərmayədir“,-deyə qeyd edib.

//Safura Bənnayeva, Editor.az