“Zəngəzur dəhlizi Bakının şərtləri ilə açılacaq” – ABŞ-dən mesaj gəldibackend

“Zəngəzur dəhlizi Bakının şərtləri ilə açılacaq” – ABŞ-dən mesaj gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Qərbdə də Zəngəzur dəhlizindən danışırlar.

 

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ermeni politoloq Suren Surenyants deyib.

Ekspert ABŞ-nin “Fitch Group” şirkətinin məsələ ilə əlaqədar proqnozuna diqqət çəkib. Şirkətin analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. “Fitch Group”un iddiasına görə, sazişə Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir.

Surenyants bildirib ki, bu, Azərbaycan və Ermənistanın yox, bir Qərb mərkəzinin proqnozudur: “Ermənistan rəhbərliyi dəhliz mövzusunu gündəmdən çıxara bilmədi. Təəssüf ki, bu məsələnin həlli Ermənistan üçün üçtərəfli sənəddə (10 noyabr) göstəriləndən daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. İmzalanacaq sənəd (dəhlizlə bağlı) Ermənistan üçün 10 noyabr bəyanatından daha yaxşı olmayacaq”.