Zəngilanda yük maşını körpüdən aşıb, bir nəfər ölüb – Fotobackend

Zəngilanda yük maşını körpüdən aşıb, bir nəfər ölüb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngilan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.