backend

Ukrayna Miqrasiya Xidməti Mixail Saakaşvilinin ölkədən çıxarılması üçün əsasları açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün Ukrayna ərazisində hüquqi statusunun nizamlanması məsələsinə əhəmiyyət vermir, bu isə onun ölkədən çıxarılması üçün əsas ola bilər.
Bu barədə Ukrayna Miqrasiya Xidmətinin bəyanatında bildirilir.
Qeyd edək ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko bundan əvvəl Miqrasiya Xidmətinin M.Saakaşviliyə qaçqın statusu verməkdən imtina etdiyini bildirib.
Ukrayna Miqrasiya Xidməti həmçinin M.Saakaşvilinin ona əlavə mühafizə təyin edilməsinə dair müraciətinə imtina cavabı verib. Buna səbəb kimi, müraciətin lazımi qaydada tərtib edilməməsi göstərilib.
//APA