backend

Bakıda baba maşınla 4 yaşlı nəvəsinin üstündən keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi “Nissan X-Trail” markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.
Bildirilir ki, hadisə saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.
Faktla bağlı araşdırma aparılır.
///lent.az