Türkiyədəki hərbi çevrilişlə bağlı ŞOK FAKT

23:53 | 23 Yanvar, 2019

Bir rütbəli şəxsin telefon danışığına şahid oldum. Telefon danışığında o, “Komandirim tank girərsə, aeroportun fəaliyyəti dayanar. Tankların vətəndaşların arasından keçərək hava limanına daxil olması lazımdır”, – dedi.

Bunu Türkiyədə hərbi çevrilişə cəhd günü İstanbulun Səbiha Gökçən hava limanınında keşiş çəkən hərbçi Ərdal Özkan bildirib.

“Əsgərlik müddətim ərzində yalnız 15 iyulda silahın təmizliyini apardıq. O gecə hava limanında tanımadığımız 7-8 rütbəli əsgər var idi. Daha əvvəl görmədiyim bu rütbəlilərdə dəmir jilet və silah var idi. Bizdən silahla atəş açmağımızı istədilər. Təxminən 150-200 güllə atdıq”, – Özkan məhkəmədə verdiyi ifadədə qeyd edib.

//axar.az