“Deputatların gördüyü müsbət işlər yaddan çıxır” – Hadi Rəcəblibackend

“Deputatların gördüyü müsbət işlər yaddan çıxır” – Hadi Rəcəbli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizim istəyimiz əhalinin qaldırdığı məsələlərə, onların müraciətlərinə diqqətlə yanaşmaqdır”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan islahatlar aparan və sosial məsələrlə ciddi məşğul olan ölkələrdən biridir.
Komitə sədri bildirib ki, hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır:
“Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin. Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır. Həmin insanların bir hissəsinin müraciətləri aidiyyəti orqanlar tərəfindən müsbət cavablandırılıb. Çalışırıq ki, bizə müraciət edən insanların problemlərini həll edək. Amma nə edəsən ki, bəzən saytlarda, sosial şəbəkələrdə haqq-nahaq müzakirələr açırlar, deputatların gördüyü müsbət işlər bəzi hallarda yaddan çıxır. Biz çalışmalıyıq ki, məşğulluq bir az da geniş vüsət alsın. Burada da kiçik və orta sahibkarlar, investorlara dəstək məsələsi olmalıdır və bunlar hamısı qarşıya qoyulan tələbləridir”.
///Unikal.org