Prezident İlham Əliyev Naxçıvan MR-də çoxmənzilli binaların dam örtüklərinin təmirinə 2,2 milyon manat ayırıbbackend

Prezident İlham Əliyev Naxçıvan MR-də çoxmənzilli binaların dam örtüklərinin təmirinə 2,2 milyon manat ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eddəcək.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

//AZƏRTAC