backend

Rusiyanın daha bir aviaşirkəti Krasnoyarsk-Bakı reysi həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Nordwind Airlines” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
 
ilk reys iyulun 19-u baş tutacaq.
Uçuşlar oktyabr ayının 4-dək həftədə bir dəfə həyata keçiriləcək.
Qeyd olunur ki, aviaşirkət zərurət yaranacağı təqdirdə uçuşları həftədə üç dəfəyədək artıra bilər.
Aviabiletin bir istiqamətə qiyməti 385 manata yaxın olacaq.
Qeyd edək ki, Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə ilk uçuşu iyun ayının 21-i həyata keçirib.
 
//Trend