Gürcüstanda azərbaycanlı ər-arvad amansızlıqla öldürüldü – Müəmmalı qətl mesajıbackend

Gürcüstanda azərbaycanlı ər-arvad amansızlıqla öldürüldü – Müəmmalı qətl mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib.

Editor.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib.

Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyiblər.

Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

REKLAM

www.atabank.com

Daha ətraflı

Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: “Vaxtında gəl, səninlə hesablaşaq”.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur.