backend

Gəncədə “Bələdçiyəm mən” yay düşərgəsi təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayinin 18-dən 22-dək Azərbaycanın ikinci ən böyük şəhəri və 2017-ci ilin MDB mədəniyyət paytaxtı Gəncə şəhərində “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən “Bələdçiyəm mən” onlayn turizim və bələdçilik xidməti layihəsi həyata keçiriləcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanındaQHT-lərə Dövlət DəstəyiŞurasının 2017-ci il 1-ci Qrant müsabiqəsini qaliblərindən olmuş və QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir. Sözügedən layihə çərçivəsində Azərbaycanının turizim bölgələri olan Şəki, Lənkəran, Gəncə və İsmayıllı şəhərlərindən olan ümumilikdə 14 nəfər gənc bu layihəyə cəlb olunacaqlar.
Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edərək onlara bu sahədə bilik və bacarıqlar vermək, o cümlədən onların məşğulluğunu təmin etməkdir. Həmçinin yerli və əcnəbi turistlər üçün əlverişli sayt və sosial şəbəkələrdə səhfələr yaradaraq onların Azərbaycanın bölgələrində yerləşən şəhər və rayonlarda bələdçi xidmətindən rahat və sərfəli seçim imkanı əldə edəcəklər
Qeyd edək ki, layihə Gəncə şəhəri Gənclər Evində həyata keçiriləcək və işirakçıların bütün xərclərini təşkilatçılar qarşılayacaqlar.