“2024-cü ildə Azərbaycanda qiymət artımları əvvəlki illərlə müqayisədə aşağı olacaq” – Millət vəkilibackend

“2024-cü ildə Azərbaycanda qiymət artımları əvvəlki illərlə müqayisədə aşağı olacaq” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi praktik olaraq regional və qlobal iqtisadiyyata təsir göstərdi”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsinin doğurduğu iqtisadi problemlərlə bağlı danışarkən millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, həm regional, həm də qlobal iqtisadiyyat Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirlərini xeyli dərəcədə neytrallaşdıra və konpensasiya edə bildi:

“Çünki enerji bazarına ciddi təsir göstərdi. Bütövlükdə istehlak bazarında qiymət artımları var idi. Amma 2023-cü ilin birinci yarısının sonuna doğru dünya iqtisadiyyatında qiymətlərin nisbətən stabilləşməsini müşahidə etdik. İnkişaf etmiş ölkələrdə, o cümlədən Avropa ölkələrinin inflyasiya səviyyəsində azalmalar müşahidə olunur.

V. Bayramovun sözlərinə görə, gözləntilər ondan ibarətdir ki, 2024-cü ildə də həm regionda, həm də Azərbaycanda qiymət artımları əvvəlki illərlə müqayisədə aşağı olacaq:

“Azərbaycan hökuməti tərəfindən gələn ildən artıq birrəqəmli inflayasiyanın qeydə alınacağı proqnazlaşdırılır.

Rusiya-Ukrayna müharibəsi davam etdikcə regional risklər qalır. Buna görə də regional risklər fonunda da müharibənin regional və qlobal iqtisadiyyatlara müəyyən qədər təsirlərinin olacağı proqranlaşdırılır. Amma sözsüz ki, müharibə daha geniş miqyas alarsa, bu halda daha ciddi təsirləri ola bilər”.

//Səbinə Hüseynli, Editor.az