49 saylı məktəbdə nə baş verir?-23 İLLİK DİREKTORA AĞIR İTTİHAMLARbackend

49 saylı məktəbdə nə baş verir?-23 İLLİK DİREKTORA AĞIR İTTİHAMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda 49 saylı məktəb var… Bəlkə də kimsənin bu məktəbdən xəbəri yoxdur… Amma ən azından Bakı Təhsil İdarəsi bilir bu məktəbi… Amma məktəbdə baş verənləri yəqin ki rəsmilərimiz bilmir…”

Editor.az xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Məhəmməd Ərsoy yazıb.

Jurnalistin iddiasına görə, məktəbin direktoru Təhminə Əsədova özünə xanədanlıq qurub:

“İstədiyini edir. Elə bilir, ya da elə zənn edir ki, dövlətin təhsil ocağı onun dədə mülküdür. OLMAZ VALLAH… Təhminə xanımın bütün qohumları… savadı olan və olmayan bu məktəbdə işləyir… Hətta qohumlarının uşaqlarının adlarını da bu məktəbə yazdırıb… ÇƏTİN DEYİL… BİR YOXLAMA-TƏFTİŞ komissiyası təşkil olunsa, hər şey üzə çıxacaq…
Deyim ki, məktəb əvvəl xaraba bir yerdə idi… Bayıl “türmə”sinin yaxınlığında… Sonradan paytaxtımızın şəkli dəyişdi, Bakı gözəlləşdi… Bayıl türməsi plana düşdü… Bu məktəb də mataha mindi…
İndi Təhminə xanım özünü elə aparır ki, sanki hansısa BAHALI-PRESTİJNİ məktəbin direktorudur… Bir balaca imkanı zəif olan şagirdlərin valideynlərinə açıq şəkildə deyir ki, uşağını başqa məktəbə apar… Onun yerini isə satışa çıxarır…

Cənablar, bütün bunlar… qıraq yerdə yox… məhz Bakının mərkəzində, köhnə Bayıl türməsi tərəfdə… İndiki Dövlət Bayraq Meydanı ilə üz-üzə olan yerdə baş verir…

Yəqin ki, rəsmilər bununla bağlı tədbir görər…”

Qeyd edək ki, Təhminə Əsədova 2000-ci ildən etibarən artıq 23 ildir ki, 49 saylı məktəbdə direktor kimi çalışır.

//Editor.az