7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldübackend

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.

Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.

Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib.