Lerikdə qəza: ÖLƏN VARbackend

Lerikdə qəza: ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 26-da saat 18:00-da Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda vəfat edib. İki sərnişin xəstəxanaya yerləşdirilib.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.