Gürcüstanda qətlə yetirilən azərbaycanlıların qohumları intiqam almağa çalışarkən tutuldu – YENİLƏNİBbackend

Gürcüstanda qətlə yetirilən azərbaycanlıların qohumları intiqam almağa çalışarkən tutuldu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onlar Yuxarı Saral kəndində qətlə yetirilən ailə üzvlərinin qohumlarıdır.

Həmin şəxslər sağlamlığa və daşınmaz əmlaka qəsdən zərər vurma ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, onlar qətldə günahlandırılan şəxsin həbsindən sonra onun evinə yollanıblar. T.P. adlı şəxs bellə qətli törədən şəxsin atasına xəsarətlər yetirməyə cəhd edib, İ.P. adlı şəxs isə ailəyə məxsus iki avtomobilə zərər vurub.

Faktla bağlı istintaq aparılır.

11:50

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Qətli törədən 1992-ci il təvəllüdlü E.A. adlı şəxs saxlanılıb.

Həmin şəxs ağırlaşdırıcı hallarda iki və ya daha çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə əvvəllər baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.

Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.

Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib.