“Shell” yüksək enerji qiymətlərinə görə rekord qazanc əldə etdiyini açıqlayıbbackend

“Shell” yüksək enerji qiymətlərinə görə rekord qazanc əldə etdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Shell” yüksək neft, qaz qiymətləri və ticarət bölməsinin güclü performansı ilə 2022-ci ilin birinci rübündə mənfəətini 43 faiz artıraraq 9.13 milyard dollara çatdırıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, analitiklər birinci rüb üçün 8.67 milyard dollar mənfəət gözləyirdilər. Ötən ilin eyni dövründə isə mənfəət 3.23 milyard dollar olub.

“Shell” ilk rübdə səhm başına 25 sent olmaqla, 5.4 milyard dollar dividend paylayacaq. Daha sonra isə növbəti rüblərdə səhmlərdən 8,5 milyard dollarlıq gəlir əldə edəcək.

//Nəzərbəy, Editor.az