DSX: Qazaxda sərhəd döyüş məntəqələrimiz dəfələrlə intensiv atəşə tutulubbackend

DSX: Qazaxda sərhəd döyüş məntəqələrimiz dəfələrlə intensiv atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.

//Trend