ABŞ-ın Kokonino ştatının Flaqstaff şəhərinin kənarında iki fərqli ərazidə meşə yanğını baş verib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, alovlara havadan və qurudan müdaxilə edilib. Vətəndaşların zərər çəkməməsi üçün 2500 evin sakini təxliyə edilib.
Ştatda fövqaladə vəziyyət elan edilib. Ştat rəsmilərinin verdiyi məlumata görə, hal-hazırda yanğın 660 hektar əraziyə yayılıb.
//Nəzərbəy, Editor.az