ABŞ-da Ukraynadan şübhələnirlərbackend

ABŞ-da Ukraynadan şübhələnirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ-da Kremlə pilotsuz təyyarə hücumunun təşkilində Ukrayna xüsusi xidmət orqanlarının iştirak etdiyi güman edilir.

Editor.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “The New York” Times qəzeti yazıb. Lakin Amerika kəşfiyyatında bunu hansı xüsusi xidmətin təşkil etdiyi barədə məlumat yoxdur və Ukrayna prezidenti Volodimir Zelenskinin Kremlə hücum hazırlığından xəbəri olduğuna əmin deyillər.

Nəşr iddia edir ki, Vaşinqton əvvəlcə dron hücumunun Rusiya hökumətinin “yalançı bayraq əməliyyatı” olduğuna inanırdı. Lakin ABŞ prezidenti Co Bayden administrasiyasında daxili danışıqlara müdaxilə etdikdən sonra onlar fikirlərini dəyişiblər. Xatırladaq ki, 2023-cü il mayın 3-də Kremlə hücum cəhdi olub.

Hərbçilərin və xüsusi xidmət orqanlarının işi sayəsində iki pilotsuz təyyarə məhv edilib. Sonradan məlum olub ki, hadisə nəticəsində Vladimir Putin xəsarət almayıb və hətta o zaman Kremldə belə olmayıb.

//Samir Qurbanov,Editor.az