ABŞ-ın sabiq səfiri: “Putin blef etməyə bilər “backend

ABŞ-ın sabiq səfiri: “Putin blef etməyə bilər “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və BMT-dəki keçmiş səfiri Con Bolton Rusiya prezidenti Vladimir Putinin daha əvvəl də nüvə silahından təhdid olaraq istifadə etdiyini diqqətə çatdırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə sabiq səfir CNN-ə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Putin bu dəfə blef etmir və taktiki nüvə silahını Belarusda yerləşdirə bilər: “Ancaq hərbi baxımdan, Putinin bu addımının böyük fərq yaradacağını düşünmürəm. Çünki biz bilirik ki, Kalininqradda geniş nüvə materialları, raketlər, qanadlı raketlər, pilotsuz təyyarələr və döyüş başlıqları var. Rusiyanın Kalininqradda malik olduğu imkanlar çox təhlükəlidir. Bəzi taktiki nüvə silahlarını daşımaq və bununla bağlı qaydalar hazırlamaq ideyası bu tarazlığı dəyişməyəcək”.

//Safura Bənnayeva, Editor.az