ABŞ Nümayəndələr Palatasının spikeri İsrailə səfər edəcəkbackend

ABŞ Nümayəndələr Palatasının spikeri İsrailə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti İsrailin yaranmasının 75-ci ildönümünü qeyd etmək üçün Nümayəndələr Palatasının sədri kimi ilk xaricə səfərini bu ölkəyə edəcəyini açıqlayıb və ABŞ-İsrail əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Nümayəndələr Palatasının İsrailli spikeri Əmir Ohananın Knessetdə çıxış etmək təklifini qəbul etməkdən qürur duyduğunu bildirən Makkarti tarixdə Nümayəndələr Palatasının Knessetdə çıxış edəcək ikinci sədr olacağını vurğulayıb.

Onu da qeyd edək ki, Makkarti 25 ildən sonra 1998-ci ildə Nyut Qinqriçdən sonra Knessetdə çıxış edən ABŞ Nümayəndələr Palatasının ikinci sədri olacaq. Makkarti Respublikaçı və Demokrat Partiyasının deputatlarından ibarət nümayəndə heyəti ilə aprelin 30-da İsrailə gedəcəyi və mayın 1-də Knessetdə çıxış edəcəyi gözlənilir.

//Safura Bənnayeva, Editor.az