ABŞ və Türkiyə xarici işlər nazirləri telefonda danışıblarbackend

ABŞ və Türkiyə xarici işlər nazirləri telefonda danışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Danışıq zamanı NATO, Ukrayna müharibəsi və taxıl ixracatının açılması səyləri ətrafında müzakrələr aparılıb.

Bu barədə Editor.az ABŞ mənbələrinə istinadən xəbər verir. Dövlət Departamentdən qeyd ediblər ki, Blinken və Çavuşoğlu “Madrid sammiti ərəfəsində NATO birliyinin vacibliyi” və Rusiyanın təcavüzünü dəf etməyə çalışan Ukraynaya dəstək haqqında danışıblar. “Dövlət katibi Türkiyə xarici işlər nazirinin Ukraynadan dünya bazarlarına taxıl ixracını mümkün etmək üçün göstərdiyi diplomatik səyləri təqdirlə qiymətləndirib”, – kommünikedə belə deyilir. Türkiyə tərəfi də bildirib ki, söhbət ikitərəfli münasibətlərdən, NATO-nun genişlənməsi məsələsindən (aydındır ki, Finlandiya və İsveçin qoşulmasına Türkiyənin veto qoyması) və Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracından gedib. Xəbər verildiyi kimi, Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti çərşənbə günü Moskvada Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının qarşısının alınması ilə bağlı danışıqlar aparıb.

  Editor.az