Ağ Evdən Moskvaya XƏBƏRDARLIQ: “Əgər ilhaqa davam etsəniz…”backend

Ağ Evdən Moskvaya XƏBƏRDARLIQ: “Əgər ilhaqa davam etsəniz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Rusiyanın Ukraynaya qarşı müharibədə növbəti addımından xəbərdar olduğunu bildirib.

Editor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ukraynadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, işğal olunmuş ərazilərin ilhaqından ibarətdir.

Diplomatik departament xəbərdarlıq edir ki, Rusiya Ukraynanın suverenliyinə qarşı yönəlmiş hərəkətlərə görə ABŞ və müttəfiqlərindən tez və sərt cavab alacaq.

“Moskvanın növbəti addımından xəbərdarıq. Rusiya işğal etdiyi Ukrayna ərazisinin ilhaqı üçün zəmin yaradır ki, bu da Ukraynanın suverenliyinin birbaşa pozulması deməkdir. Əgər Rusiya ilhaq planlarını həyata keçirməyə davam edərsə, biz buna müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə tez və ciddi şəkildə cavab verəcəyik”,- bəyanatda deyilir.