Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışırbackend

Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis və Avropa Komissiyasının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı olan və bu istiqamətdə tədbirlər həyata keçirən Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya nümayəndələri ilə görüşdən sonra birgə bəyanat yayıblar.

Editor.az xarici mediaya istinadən bildirir ki, açıqlamada istehsalçıların vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün Aİ tərəfindən hazırlanmış hərtərəfli təkliflərin bu ölkələrə təqdim edildiyi vurğulanıb.

Eyni zamanda, daxili bazarın işləkliyini riskə atan təktərəfli həllər yerinə ortaq AB yanaşmasının təqib edilməsinin vacibliyi, sürətli həll üçün siyasi məsləhətləşmələrin davam edəcəyinə diqqət çəkilib.

Paket çərçivəsində Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyadakı fermerlərə əlavə 100 milyon avro veriləcək. Əgər taxılının tranzitinə icazə verilsə, bu ölkələr bir müddət Ukrayna məhsullarının bir hissəsinin öz bazarlarına çıxmasının qarşısını ala biləcəklər.

//Safura Bənnayeva, Editor.az