Aleksandr Lukaşenko: Müharibəni dayandırmaq üçün risk etməyə çalışacağam, lakin əgər…backend

Aleksandr Lukaşenko: Müharibəni dayandırmaq üçün risk etməyə çalışacağam, lakin əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Assambleyaya müraciətində Ukraynada dərhal atəşkəs formatını təklif edib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar qoşun qruplaşmalarının yerdəyişməsi, silah və texnikanın ötürülməsi hüququ olmadan dayandırılmalıdır: “Müharibəni dayandırmaq üçün risk etməyə çalışacağam. Qoşun qruplarının yerdəyişməsi, silah və texnikanın köçürülməsi hüququ olmadan atəşkəs elan edilməlidir.

Əgər Qərb bu vaxtdan yenə də aldatma üçün istifadə edərsə, o zaman Rusiya hərbi sənaye kompleksinin və ordunun bütün gücündən – həm tükənmiş uranın, həm də zənginləşdirilmiş uranın gücündən istifadə etməyə məcbur olacaq “, Belarus prezidenti deyib. Lukaşenko iddia edib ki, “Ukrayna xalqına sülh lazımdır, lakin bu istək Qərbdə heç kimi maraqlandırmır”.

Onun fikrincə, Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır. Lukaşenko Rusiya rəhbərliyi ilə sülh danışıqlarını qadağan edən fərman imzalayan Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edib. O, Zelenskinin qərarını “gülünc” hesab edir: “Yaxşı, bu nə möcüzədir? Suveren ölkənin prezidenti xüsusi olaraq ona aid olan və sülh danışıqları aparmağı qadağan edən fərman imzalayır! Bu, sadəcə gülüncdür – mən sizə bir prezident kimi deyirəm”, – Belarus prezidenti əlavə edib.

  //Samir Qurbanov,Editor.az