ASALA dirçəlir? – ABŞ-dakı səfirliyimizə hücumda erməni izibackend

ASALA dirçəlir? – ABŞ-dakı səfirliyimizə hücumda erməni izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda Azərbaycan səfirliyinə məxsus avtomobilin atəş tutulması ilə bağlı bəzi sensasion təfərrüat bəlli olub. Türkiyə mediasının yaydığı xəbərə görə, avtomobilin terror məruz qalmasının izləri erməni diasporuna, daha dəqiq desək, ASALA erməni terror təşkilatına gedib çıxır.

Bəlli olduğu kimi, Azərbaycan ABŞ-dan baş verən atışma ilə əlaqədar diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi tələb edib. Hadisə ilə bağlı ABŞ rəsmilərinə məlumat və görüntülər verdiyini vurğulayan bəyanatda baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılıq ifadə edilib. Azərbaycanın diplomatik missiyasının təhlükəsizliyinin təmin edilməsi xahişi çatdırılıb.

Onu da qeyd edək ki, son zamanlar tək Vaşinqtondakı diplomatik nümayəndəliyə qarşı deyil, Paris, Beyrut və digər şəhərlərdəki nümayəndəliklərinə də hücum və vandalizm aktları yaşanıb. Xarici ölkələrdəki erməni icmalarının radikal üzvlərinin Azərbaycanın diplomatik nümayəndəliklərinə sistemli hücumları ciddidir. Onların təhlükəsizliyinin təmin edilməsi beynəlxalq konvensiyaya uyğun olaraq qəbul edən ölkənin üzərinə düşür. Bu kontekstdə hər bir insidentlə bağlı müvafiq araşdırma aparılıb, səfirliklərimizin və diplomatlarımızın müvafiq səviyyədə təhlükəsizliyi təmin edilməlidir. Ermənistan müstəqil olduqdan sonra Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaq üçün terroru dövlət siyasətinin alətinə çevirdiyi və Azərbaycan torpaqlarının işğalı prosesində müxtəlif sahələrdə terror vasitələrindən istifadə etdiyi bəllidir.

Ermənilər üçün terror xarakterikdir. Dünyanın müxtəlif ölkələrində olan 24 türk diplomatının erməni terrorunun qurbanı olduğu bəllidir. Məhz cəzasızlığın radikal erməni qruplaşmalarını yeni təxribatlara sövq etdiyi şəksizdir.

Xatırladaq ki, “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu” mənasını verən ASALA 1975-ci ildə yaradılıb. ASALA-nın terror aktları nəticəsində 31-i diplomat və ailələri olmaqla 77 türk şəhid olub.

Milli.Az