Avropa İttifaqı rəsmisi yeni antirusiya sanksiyaları haqqında: Biz bitdik…backend

Avropa İttifaqı rəsmisi yeni antirusiya sanksiyaları haqqında: Biz bitdik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı hesab edir ki, anti-Rusiya sanksiyaları başa çatıb, çünki belə tədbirlər çox olduqca, istisnaların siyahısı da artacaq.

Editor.az bildirir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən Financial Times yazıb. “Biz bitdik. Əgər daha çox sanksiya tətbiq etsək, tədbirlərdən daha çox istisnalar olacaq”, – mənbə bildirib. Nəşrin yazdığına görə, bir çox avropalı məmurlar etiraf edirlər ki, Rusiya iqtisadiyyatının məhdudlaşdırıcı tədbirlərdən təsirlənməyən sahələri bir sıra Avropa ölkələri üçün həyati əhəmiyyətli mal və ya xidmətlər istehsal edir.

Ona görə də bu sahələr üzrə sanksiyalara veto qoyulacaq. Növbəti anti-Rusiya sanksiyalar paketini hazırlayan rəsmilər nəşrə bildiriblər ki, yeni tədbirlər çox güman ki, yalnız “qara siyahı”da olan şəxslərin siyahısının genişləndirilməsi ilə məhdudlaşacaq. Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin daha əvvəl bildirdiyi kimi, artıq mövcud məhdudiyyətlərin həyata keçirilməsində “boşluqların bağlanması” üzərində iş gedir. Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban bir müddət əvvəl bildirmişdi ki, Avropa ölkələri sanksiyalar siyasətində mövqelərini dəyişməyə hazır olmasalar da, “həqiqət anı” tezliklə gələcək, çünki bu siyasət Avropanın iqtisadiyyatını və təhlükəsizliyini məhv edir.

  //Samir Qurbanov,Editor.az