Avropada 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb: “Təsirləri payız və qış fəslində daha qabarıq şəkildə özünü göstərəcək” backend

Avropada 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb: “Təsirləri payız və qış fəslində daha qabarıq şəkildə özünü göstərəcək” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Şimal Axını-1 kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırıb. Bərpa edilə bilən enerji ehtiyatlarının qıt olduğu dövrdə Moskvanın spekulyasiyası beynəlxalq qaz qiymətlərinin yenidən artmasına səbəb olub.
Tənqidçilər Kremli qazdan siyasi silah kimi istifadə etməkdə günahlandırırlar.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab olaraq Rusiya təbii qaz axınını bir neçə ölkə üçün məhdudlaşdırıb.
Bu qadağalar Rusiya neftindən asılı olan ölkələrin iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Rusiya “Şimal axını” vasitəsi ilə Avropaya mavi qaz nəqlini dayandırıb və Rusiyanın da əsas şərti ona tətbiq olunan sanksiyaların aradan qaldırılmasıdır:

“Kreml rəsmi olaraq bəyan edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra “Şimal axını” vasitəsilə mavi qaz axını bərpa edilə bilər. Həm neft, həm də mavi qaz ifrazatında olan qadağalar və məhdudiyyətlər Rusiya qazından asılı olan ölkələrin iqtisadiyyatına təsir göstərir. Xüsusilə nəzərə alsaq ki, Avropanın Rusiya enerjisindən, mavi qazından aslılığı kifayət qədər yüksəkdir. Avropanın ümumi idxalında Rusiyanın mavi qaz payı 42%, ümumi neft idxalında isə 27% idi. İlin sonuna qədər Avropa Rusiyadan enerji idxalını 93% azaltmaq niyyətindədir. Bu da Avropa iqtisadiyyatına təsirsiz ötüşmür”.

Millət vəkili bildirib ki, Avropada avqust ayında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb:

“İnfilyasiya səviyyəsi 9.1%-dir. Bəzi Avropa İttifaqına üzv olan ölkələrdə iki rəqəmli inflyasiya var. Digər mühüm məqamlardan biri də həmin ölkələrdə iqtisadi artımla bağlı edilən neqativ dürüstləşmədir.  Avropa İttifaqında 4.1% praqnozlaşdırılsa da dəyişikliklərdən sonra bu rəqəm 1.8%-ə qədər endi. Rusiya ilə enerji əməkdaşlığındakı çətinliklər Avropa İttifaqına üzv olan ölkələrin iqtisadiyyatına neqativ təsir göstərir. Bu təsirlərin növbəti aylarda xüsusən payız və qış fəslində daha qabarıq şəkildə özünü göstərməsi gözlənilir”.

//Safura Bənnayeva, Editor.az