AYNA rəhbəri qazilərə və şəhid ailələrinə problem yaradıb – Videobackend

AYNA rəhbəri qazilərə və şəhid ailələrinə problem yaradıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Qarabağ qazilərinə və şəhid ailələrinə problem yaradıb.

Reyting.az xəbər verir ki, bu barədə dia.az saytı yazıb.

Məlumata görə, xüsusi həssas təbəqə hesab edilən Qarabağ qaziləri və şəhid ailələrinin müəyyən kəsiminin dolanışıq yeri olan “Vətən Az. Trans” MMC süni maneələrlə üzləşib. Bunun Anar Rzayevin göstərişi əsasında baş verdiyi bildirilir və prezident seçkiləri ərəfəsində belə özbaşınalıq sabotaj kimi qiymətləndirilir.

Qeyd olunur ki, 46 saylı marşrut xətti Qarabağ qaziləri və şəhid ailələri tərəfindən təşkil edilib, onların iş yeri sayılan “Vətən Az. Trans” MMC-yə məxsusdur.

Bildirilir ki, sözügedən MMC yuxarıdakı videodan da aydın olduğu kimi, daima yüksək keyfiyyətli xidmətə önəm versə də, indi hansısa səbəbdən A. Rzayevin hədəfinə tuş gəlib.

Sayt şikayətçilərə istinadla yazır ki, AYNA-nın Qarabağ qaziləri və şəhid ailələrinə məxsus iki marşrut xəttini, ələlxüsus da 46 saylı xətti tenderə – əslində isə satışa çıxarması təkcə A. Rzayevin daha çox pul qazanmaq istəyindən irəli gəlmir. Ehtimal olunur ki, A. Rzayev bununla həm də seçkiqabağı dönəmdə təxribat yaradır:

“Onun Qarabağ qaziləri və şəhid ailələrinin dolanışıq yerlərini əllərindən alması təhlükəli məqsədlərə xidmət edir.

Deyə bilərsiniz, hələ tender olmayıb və bu əndişə hardandır? Amma biz nəzərdə tutulan tenderdə xəttin əvvəlki və hazırki sahiblərinin – Qarabağ qaziləri və şəhid ailələrinin şirkəti olan “Vətən Az. Trans” MMC-nin məğlub olacağı qənaətindəyik…”.

Onlar bunun üçün yetərincə əsaslar da sadalayıblar:

1. Tenderə qanunsuz olaraq “BakuBus” MMC də qoşulur. Halbuki bu şirkətin iddiaları rəsmiləşən zaman artıq hansısa şirkətin iddiaçı kimi tenderə qatılması yolverilməz olub. Yəni Azərbaycan dövlətinin qanunları “BakuBus” MMC naminə ayaqlar altına atılıb.

2. Anar Rzayev seçki ərəfəsində Qarabağ qaziləri və şəhid ailələri kimi həssas bir təbəqənin əsəblərini tarıma çəkirsə, demək, pul hərisliyi bu şəxsin gözlərini tam bağlayıb

Şikayətçilər bildirir ki, qazilər və şəhid ailələri, “Vətən Az. Trans” MMC öz hüquqları üçün sona qədər mübarizə aparacaq. Hətta bunun üçün sözügedən MMC hüquq-mühafizə orqanlarından və ölkənin digər rəhbər şəxslərindən kömək istəyib.