“Bu hallarda ölkəmizdə bahalaşma ola bilər”- İqtisadçı qiymət artımlarından DANIŞDIbackend

“Bu hallarda ölkəmizdə bahalaşma ola bilər”- İqtisadçı qiymət artımlarından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstehlak bazarında bahalaşma, kommunal qiymətlərin qalxması bilavasitə qabaqcadan nəzərdə tutulmuş, yəni növbəti dəfə dövlət büdcəsi qəbul edilənə qədər tənzimlənən proseslərdir. Yaxud da qlobal bazarda baş verən kəskin dəyişikliklərlə əlaqədar olaraq bu sahədə müvafiq qərarlar verilir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov sosial şəbəkələrdə seçkidən sonra Azərbaycanda bahalaşmanın baş verəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kommunal qiymətlərin artımı, istehlak bazarındakı bahalaşma siyasi seçkilərlə əlaqədar deyil:

“Bahalaşma baş verərsə, onun qarşısını seçki ilə almaq mümkün deyil. Bunlar tamamilə əsassız fikirlərdir. Ancaq ümumiyyətlə istehlak bazarında vəziyyət kövrək xarakter daşıyır. 2021-ci ilin əvvəlindən başlayan bahalaşma dalğası ötən il 2023-cü ildə bir qədər səngidi. Ancaq bu, Azərbaycanın daxili bazarında özünü o qədər də yüksək səviyyədə göstərməsə də sadəcə bahalaşmanın tempi aşağı düşdü. Bu il də inflyasiyanın tədricən səngiməkdə davam edəcəyi proqnoz olunur. Ancaq ümumi vəziyyət olduqca kövrək xarakter daşıyır. Əgər geosiyasi hadisələr səbəbindən nəsə baş verərsə, kəskin enerji daşıyıcıları üzrə qiymət artımı ortaya çıxarsa, ölkəmizdə də bahalaşmanın baş verməsi istisna deyil. Ancaq bunun seçkilərlə əlaqəsi yoxdur”.

//Gülnarə Abasova, Editor.az