Azərbaycanda bir ailənin üzvləri qəzaya düşdü,ölən və yaralılar var -FOTObackend

Azərbaycanda bir ailənin üzvləri qəzaya düşdü,ölən və yaralılar var -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda bir ailənin üzvləri qəzaya düşüb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə rayonun Quşçu kəndində baş verib.”VAZ” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb.İlkin məlumata əsasən qəzada ölən qadın Aşağı Quşçu kənd sakini 56 yaşlı Tağıyeva Rəna Fərman qızı dünyasını dəyişib. Xəsarət alan şəxslər bunlardır.

1- 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu.

2- 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu

3- 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğlu.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Xəsarət alan şəxslər vəziyyəti orta ağırdır.Onlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.