Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundubackend

Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.

Editor.az xəbər verir ki, bu barədə gununsesi.info-nun əldə etdiyi məlumatda qeyd olunur. Məlumata görə, məhkəmə sədrinin oğlu Məzahir Quliyev dələduzluqda günahlandırılır.

Onun barəsində istintaq orqanının təqdimatı ilə həbs-qətimkan tədbirinin seçildiyi deyilir.

Məlumata görə, məhkəmə sədrinin oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir.

Belə ki, Məzahir Quliyev bundan əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.

Qeyd edək ki, İlqar Quliyev “Tərtər İşi” çərçivəsində qanunsuz ittihamlarla həbs edilən çoxsaylı hərbçilərə hökm çıxarıb.