Bakıda ata oğlundan polisə şikayət etdi – Təfərrüatbackend

Bakıda ata oğlundan polisə şikayət etdi – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edən Binəqədi qəsəbə sakini E.Nəzərov iyunun 20-də yaşadığı evdən 240 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu E.Nəzərli müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bir evin həyətindən su mühərriki oğurlaması və bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.