Bakıda dəhşətli qəza: “Vita” yük maşınına çırpıldı – VİDEObackend

Bakıda dəhşətli qəza: “Vita” yük maşınına çırpıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı “Mercedes Vita” markalı avtomobil TIR-a çırpılıb.

Hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan üç nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik: