Bakının 7-ci mikrorayon ərazisində yerləşən əyləncə mərkəzindəki yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) baku.ws-ə bildirilib ki, hadisə binanın beşinci mərtəbəsində baş verib.
“Havalandırma matorunda qısaqapanma olub. Ani alovlanma baş verib. Əməkdaşlar tərəfindən baş verə biləcək yanğının qarşısı alınıb. FHN-in Yanğınla mübarizə qüvvələri əraziyə cəlb olunsa da, müdaxiləyə ehtiyac olmayıb”.
16:21
Bakının 7-ci mikrorayonu ərazisində yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən beşmərtəbəli əyləncə mərkəzinin yuxarı mərtəbəsindən qatı tüstü qalxır.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb: