Bakıda gecə saatlarında zəncirvari qəza – YENİLƏNİB + VİDEObackend

Bakıda gecə saatlarında zəncirvari qəza – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hadisə bu gecə 02:05-də paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Zəncirvari yol-nəqliyyat hadisəsində ölüm faktı olmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib.

O bildirib ki, “Ford” markalı maşın “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub:

“Toqquşmadan sonra “Chevrolet” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan “Hyundai” və “Toyota Prius” markalı nəqliyyat vasitələrinə çırpılıb. Ölüm halı qeydə alınmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır”.

09:27

Bakıda gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib.

Zəncirvari qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

İlkin məlumata görə, “Ford Fusion”, “Toyota Prius” və daha iki avtomobil bir-birinə çırpılıb.

Həmin görüntüləri təqdim edirik: