Bakıda qəzaya uğrayan maşından sürücü və sərnişinin xilas edilmə görüntüləri – VİDEObackend

Bakıda qəzaya uğrayan maşından sürücü və sərnişinin xilas edilmə görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 2 avtomobil qəzası və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan maşında sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişin xilas edilib.

Həmçinin, Nizami rayonunda bağlı qapı arxasında aşkar olunan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun və Tovuz rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılan sürücü 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat görüntülərini təqdim edirik: