Bakıda qız şagird özünü məktəb binasından atmaq istədibackend

Bakıda qız şagird özünü məktəb binasından atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda orta məktəbdə yeddinci sinif şagirdi olan qız özünü məktəbin binasından atmaq istəyib.

Editor.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, yeddinci sinif şagirdi olan qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.

Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.

Məktəb direktorunun, psixoloqunun təşəbbüsü ilə hadisə barədə dərhal Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb.

Faktı Oxu.Az-a 118 nömrəli tam orta məktəbdən təsdiq ediblər.