Bakıda şok: Evdə olmayan sakinin mənzilinə girib sökdülər – Videobackend

Bakıda şok: Evdə olmayan sakinin mənzilinə girib sökdülər – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən vətəndaşlardan zorla alınması tələb olunan binanın köçməyən sakinlərinin də evlərini də qapılarını sındırıb içərisini dağıtmağa başlayıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə həmin sakinlərin əmlak hüquqlarını qoruyan vəkil Cavad Cavadov məlumat yayıb.

Vəkilin sözlərinə görə, bu işlərə də Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşırıqlarını verir:

“27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb mənzilin içərisini dağıdılmış və mənzili yaşayışa yararsız hala salınmışdır.

Bütün qanunsuzluqlar video kameralalara düşmüşdür.

Bu əslində qanunsuzluq deyil vandallıqdır, barbarlıqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirəm ki, vandallarını çəksin və Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, bu müraciətimə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204-207-ci maddələrinə əsasən şikayət kimi yanaşıb bu qanunsuzluğa rəhbərlik edən, iştirak edən şəxslər barəsində cinayət işi başlanılsın”.