Bakıda TikTokerlər qəza zamanı xəsarət alıblar – FOTObackend

Bakıda TikTokerlər qəza zamanı xəsarət alıblar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Fərid qızı Əliyeva və Ləman Nəcəf qızı Ələkbərova ağır bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” sosial şəbəkəsində məşhurlaşıblar.